Dünya

Ərdoğanın Putinə təklifi... - Rusiyadan cavab

10 Oktyabr 2022 23:52
Baxış: 1 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu həftə Astanada keçiriləcək "Asiyada əməkdaşlıq və etimad tədbirləri konfransı" çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş ola bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

Görüş zamanı Ərdoğanın Rusiya ilə Qərb arasında Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etmək təklifini müzakirə etməyin mümkün olduğunu deyən Peskov yekun planın olmadığını vurğulayıb:

"Rusiya Qərblə Ukrayna ilə bağlı danışıqlar aparmaq təklifi almayıb, hələlik dəqiq bir şey yoxdur, nəticəni indidən demək olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.