Dünya

“Bizi İran PUA-ları ilə vururlar” - VİDEO

10 Oktyabr 2022 13:13
Baxış: 2 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çətin səhərdir. Terrorçularla mübarizə aparırıq".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında paylaşdığı videomüraciətdə deyib.

"Onlarla raket, İran istehsalı "Şahed" pilotsuz uçuş aparatları. Onların iki hədəfi var. Birincisi, bütün ölkəboyu enerji obyektləridir. Onlar təşviş və xaos yaratmağa çalışır, bizim enerji sistemlərimizi məhv etmək istəyirlər. İkinci hədəf insanlardır. Onlar daha çox zərər vurmaq üçün belə bir vaxt və hədəflər seçiblər. Bu gün sığınacaqlarda qalın. Hər zaman təhlükəsizlik qaydalarına əməl edin və hər zaman yadda saxlayın ki, Ukrayna bu düşmən peyda olmazdan əvvəl də var idi, ondan sonra da olacaq", - deyə Zelenski qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.