Dünya

"Nə əxlaqa, nə də insanlığa sığır" - Ərdoğan sərt DANIŞDI

9 Oktyabr 2022 21:59
Baxış: 1 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Onur Şenerin qətli ilə bağlı danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələdən sui-istifadə edildiyini bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ərdoğan qeyd edib ki, musiqiçinin qətlini siyasiləşdirmək nə əxlaqa, nə də insanlığa sığır.

"Cinayətkarların layiq olduqları cəzanı almaları üçün işin gedişatını izləyəcəyəm", - Türkiyə lideri qeyd edib.

Qeyd edək ki, Onur Şener Ankara şəhərində əyləncə mərkəzlərinin birində müştərilərin istədiyi mahnını bilməməsinə görə qətlə yetirilib.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.