Dünya

İstanbulda yaşayış binasında partlayış: 3 nəfər ölüb - YENİLƏNİB - VİDEO

9 Oktyabr 2022 22:39
Baxış: 1 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışdan sonra binada yanğın başlayıb, 1 nəfər yaralı vəziyyətdə yanğından xilas edilib.

İstanbul valisi Əli Yerlikaya partlayışdan sonra hadisə yerinə gəlib. Vali partlayış nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, partlayışa səbəb binanın üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.

Hazırda binadakı yanğın yanğınsöndürənlərin səyləri nəticəsində nəzarətə götürülüb.

21:57

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayış binasında güclü partlayış baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, partlayış nəticəsində yaranan yanğından sonra alov bitişik iki binaya da keçib.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və səhiyyə qrupları göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.