Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışdan sonra binada yanğın başlayıb, 1 nəfər yaralı vəziyyətdə yanğından xilas edilib.
İstanbul valisi Əli Yerlikaya partlayışdan sonra hadisə yerinə gəlib. Vali partlayış nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.
Qeyd edək ki, partlayışa səbəb binanın üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.
Hazırda binadakı yanğın yanğınsöndürənlərin səyləri nəticəsində nəzarətə götürülüb.
21:57
Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayış binasında güclü partlayış baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, partlayış nəticəsində yaranan yanğından sonra alov bitişik iki binaya da keçib.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və səhiyyə qrupları göndərilib.
Milli.Az