Dünya

Arvadını və 3 uşağını öldürdü, sonra 36 nəfəri güllələdi: həlak olanların 24-ü uşaqlardır - FOTO

6 Oktyabr 2022 14:04
Baxış: 2 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Taylandın şimalındakı Nonqbualamphu əyalətindəki Naklanq şəhərində qanlı faciə yaşanıb.

Milli.Az bildirir ki, Uşaq İnkişaf Mərkəzinə girən sabiq zabit qarşısına çıxanı güllələyib.

Nəticədə 36 nəfər həlak olub. Onların 24 nəfəri uşaqlardır.

Qatil, 34 yşalı Panya Hamrab intihar edib.

Əvvəllər polis zabiti olmuş bu şəxs üç həftə əvvəl narkotik maddə qəbulu ilə bağlı testdən keçməyib.

Onun uşaqları gülləbaran etməsinin motivi məlum deyil.

Panya Hamrabın Uşaq İnkişaf Mərkəzinə hücum etməzdən əvvəl arvadını və üç uşağını güllələdiyi bəlli olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.