Dünya

Azadlığa 60 il tez çıxdı - Qəribə səbəb

6 Oktyabr 2022 19:22
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arvadını öldürən və 67 il 6 ay həbs cəzası alan 40 yaşlı Aleksandr Klak 8 ildən sonra azadlığa çıxıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Kişi 2014-cü ildə həyat yoldaşı Niksiann Dauns-Klakı öldürməkdə təqsirli bilinib. Qadın iki yaşlı qızına baxan və onu tərk etməklə hədələyən 17 yaşlı dayə ilə Klakın xəyanətindən xəbər tutub. Qəzəblənən kişi arvadını döyərək uşağın gözü qarşısında boğub, sonra onun cəsədini çamadana qoyub Qrenadanın Sent-Corces şəhərindəki təpənin başında basdırıb. Onun meyiti beş gün sonra tapılıb.

Səkkiz il müddətində qatil həbsdə yatıb, lakin məhkəmə iclaslarının stenoqramlarının saxlandığı kompüter itdiyi üçün 60 il əvvəl azadlığa çıxıb. Təqsirləndirilən şəxsin vəkili bildirib ki, məlumatların itirilməsi məhkəməyə işə baxmaq hüququ vermir. "Mən qorxuram. Bu qədər əhəmiyyətsiz rəsmiliyə görə adamı necə azad edə bilərdilər? O, əməlində günahkardır və açıq şəkildə qadınlar üçün təhlükə yaradır", - deyə mərhum qadının xalası deyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.