Saakaşvili məhkəmə iclası zamanı huşunu itirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili məhkəmə iclası zamanı huşunu itirib.
Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə siyasətçinin amerikalı vəkili Massimo Danqelo jurnalistlərə bildirib.
"Bu gün bizə məlum oldu ki, Saakaşvili dünən prokurorluğun nümayəndələri onun otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək təzyiq nəticəsində huşunu itirib", - vəkil bildirib.
Danqelonun sözlərinə görə, Saakaşvili nevroloq tərəfindən yoxlanılıb və o, acınacaqlı mənzərə görüb.
Saakaşvilinin xəstəxanada məhkəməsi oktyabrın 4-də keçirilib. Prokuror Levan Vepxvadzenin məhkəmə prosesi başa çatdıqdan sonra dediyi kimi, müttəhim ifadə verməkdən imtina edib. Vəkillər də öz növbəsində sabiq prezidentin xəstələndiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini iddia ediblər.
Sərhədi qanunsuz keçmə ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gələn Saakaşvili həbs olunaraq Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq dərhal aclıq aksiyasına başlayıb. Keçmiş prezidentin səhhəti pisləşdikdən sonra o, əvvəlcə Tbilisinin kənarındakı həbsxana xəstəxanasına, sonra isə Qori şəhərindəki xəstəxanaya köçürülüb. 2021-ci ilin dekabrında o, yenidən Rustavi həbsxanasına aparılıb. Sabiq prezident həbsxanada ağır xəstəliklərə tutulduğunu dəfələrlə bəyan edib.
M.Saakaşvili hazırda Tbilisidəki "Vivamed" özəl klinikasında müalicə olunur. O, xəstəxanaya bu il mayın 12-də köçürülüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat





