Dünya

Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verdi

5 Oktyabr 2022 17:08
Baxış: 1 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib.

"Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi", - Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.