Dünya

Ukrayna ordusu daha bir neçə yaşayış məntəqəsini azad edib

3 Oktyabr 2022 08:49
Baxış: 1 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu Donetsk vilayətinin üç yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib və Luqansk vilayətinin Kremennaya şəhərinə doğru irəliləyir.

Milli.Az bildirir ki, bu barədə "report" Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığında yerləşən Zareçnoye və Torskoye yaşayış məntəqələrini azad ediblər. Rusiya hərbçiləri məhz bu yaşayış məntəqələri vasitəsilə Liman şəhərini silah və şəxsi heyətlə təchiz edə bilirdilər.

Qeyd edilir ki, Ukrayna hərbçiləri Luqansk istiqamətində Kremennaya şəhərinə doğru hərəkət edirlər.

Eyni zamanda Ukrayna ordusu Donetsk vilayətinin Torskoye kəndini də Rusiya hərbçilərindən azad edib. Bu barədə isə Ukrayna ordusunun Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.