Dünya

Bu ölkə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir

30 Sentyabr 2022 22:15
Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada hökuməti Ukraynanın sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq istəyini dəstəkləyir.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

"Biz NATO-nun açıq qapı siyasətinə inanırıq və NATO-da həmişə Ukraynanın yanında olmuşuq. Hesab edirik ki, Ukrayna NATO-nun bir hissəsi olmalıdır", - nazir vurğulayıb.

Coli, həmçinin bildirib ki, Ottava Kiyevi silahla təmin etməyə və Ukrayna qoşunlarına təlim keçməyə, o cümlədən Böyük Britaniya ilə əməkdaşlıqda davam edəcək.

Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş şəkildə daxil olması üçün ərizə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.