Rusiyada, Buryatiya Respublikasının Zakamenski Rayon Məhkəməsi arvadını öldürən kişini 11 il müddətinə azadlıqdan məhrum edib.
Milli.Az bildirir ki, bu haqda məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Məlumata görə, iyul ayında sərxoş ər qısqanclıq zəminində sevgilisini döyüb. Sonra o, qara kəmər götürərək qurbanı boğub.
Hazırda hökm hələ qanuni qüvvəyə minməyib.
İrfan Vəliyev
Milli.Az