Zelenskidən Rusiya vətəndaşlarına səfərbərliklə bağlı müraciət: "Etiraz edin ya da əsir düşün"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident Volodimir Zelenski Rusiya vətəndaşlarına Ukraynaya qarşı müharibəyə səfərbərliklə bağlı müraciət edərək onları etiraz etməyə və ya əsir düşməyə çağırıb.
Milli.Az bildirir ki, bu barədə "report" UNİAN-a istinadən xəbər verir.
"Rusiya danışıqlar aparmaq istədiyini bildirəndə özü səfərbərlik elan edir... Rusiya hər hansı psevdoreferendum keçirdikdən sonra Ukraynanın diplomatik prosesin mümkünsüzlüyü ilə bağlı dəqiq mövqeyini bilir... Hər şey hamıya aydındır. Rusiya özü də danışıqlar perspektivini öz əlləri ilə gizlədir".
Ukrayna lideri Rusiya vətəndaşlarına rus dilində müraciət edib.
"Rusiyanın şəhərlərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. Kütləvi olmasa da, olub. Və var. Bu da bir göstəricidir. Təkcə Moskva və Sankt-Peterburqda deyil. Rusiyanın regionlarında real əhval-ruhiyyəni bilirik. Görürük ki, Dağıstanda, Buryatiyada, Rusiyanın digər milli respublikalarında və regionlarında insanlar sadəcə atıldıqlarını başa düşürlər. (Onları-red) Ölümə atıblar", - Prezident qeyd edib.
Zelenski "məsələn, dağıstanlıların niyə Xarkov vilayətində və ya Donetsk yaxınlığında ölməli olduğunu" soruşub.
"Bəli, ona görə ki, Rusiyada bir nəfər belə qərar verib - bütün Rusiya vətəndaşları üçün. Başqa səbəb yoxdur. O, belə istəyir", - dövlət başçısı əlavə edib.
Rusiya vətəndaşlarına müraciət edən Zelenski vurğulayıb ki, onlar "ukraynalıların bütün bu cinayətlərində, qətllərində və işgəncələrində artıq əlbirdirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu





