Dünya

ABŞ “F-35” qırıcılarının tədarükünü dayandırıb

8 Sentyabr 2022 09:00
Baxış: 790
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerika Birləşmiş Ştatları "F-35" qırıcılarının tədarükünü müvəqqəti olaraq dayandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb mühərrik hissədə olan detallardan birinin Çindən gətirilməsi olub.

Bundan sonra təyyarənin Amerika ordusuna və müştəri ölkələrə tədarükü müvəqqəti olaraq dayandırıb.

Təyyarənin əsas istehsalçısı olan "Lockheed Martin" şirkətinin açıqlamasında bildirib ki, qırıcının turbo mühərrik nasoslarından birində istifadə edilən maqnit ərintisi Çindən gətirilir.

Açıqlamada, hazırda təslim edilən və istifadə edilən təyyarələrin bu proses aidiyyatının olmadığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.