Dünya

Sərxoş sərnişin stüardessalarla dalaşdı, həbs olundu

6 Sentyabr 2022 19:54
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təyyarənin sərnişini stüardessalarla əlbəyaxa dava edib və Londondan Kiprə uçan reysi pozub.

Milli.Az bildirir ki, bu barədə "Simple Flying" portalı məlumat yayıb.

Belə ki, "EasyJet"in uçuşu zamanı 22 yaşlı britaniyalı özünü qeyri-adekvat aparmağa başlayıb - sərxoş vəziyyətdə olan kişi uçuşun təhlükəsizliyini təhdid edərək kabin heyətinin üzvlərinə hücum edib.

Təyyarə komandiri marşrutdan yayınmağa qərar verib və Yunanıstanda eniş etməyə məcbur olub. Dava edən şəxs polis tərəfindən saxlanılıb, nəticədə o, həbs edilib. Britaniyalı bir neçə cinayət ittihamı ilə üz-üzədir.

Yoxlama zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişin oturacağının altından bir neçə boş şüşə spirtli içki aşkar ediblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.