Dünya

Qonşunun həyətindəki gülləri suladığına görə həbs edildi

1 Sentyabr 2022 20:28
Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alabama ştatında özgə həyətində gülləri sulayan kişi saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis bölməsində həmin şəxs özünü keşiş Cenninqs kimi təqdim edib və bildirib ki, səfərdə olan qonşuların bağına qulluq edir.

Lakin o, qanuna əsaslanaraq, sənədin yalnız cinayət və ya hüquq pozuntusu şübhəsi olduqda göstərilməli olduğunu əsas gətirərək, şəxsiyyət vəsiqəsi təqdim etməkdən imtina edib.

Keşiş polisi irqi ayrı-seçkilikdə ittiham edib. O, həqiqəti dediyini sübut etməyə çalışsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları ona inanmayıblar.

Cenninqsin sözlərini onun saxlanıldığı evin sahibi də təsdiqləyib və yalnız bundan sonra keşiş sərbəst buraxılıb.

O, qanunsuz həbsi üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.