Kann Film Festivalının qalibi, "Kədər üçbucağı" filmində baş rolda çəkilən cənubi afrikalı aktrisa və model Çarlbi Din 32 yaşında dünyasını dəyişib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktrisa Nyu-York xəstəxanalarından birində dünyasını dəyişib. Dinin qəfil xəstəlikdən öldüyü deyilir.
Qeyd edək ki, Çarlbi Din "Qara ildırım" televiziya serialında da rol alıb.
Milli.Az