32 yaşlı aktrisa dünyasını dəyişdi - FOTO

30 Avqust 2022 23:29

Kann Film Festivalının qalibi, "Kədər üçbucağı" filmində baş rolda çəkilən cənubi afrikalı aktrisa və model Çarlbi Din 32 yaşında dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktrisa Nyu-York xəstəxanalarından birində dünyasını dəyişib. Dinin qəfil xəstəlikdən öldüyü deyilir.

Qeyd edək ki, Çarlbi Din "Qara ildırım" televiziya serialında da rol alıb.

Milli.Az