Dünya

Maykl Ceksonun qorxusundan internetdə məşhurlaşdı - VİDEO

30 Avqust 2022 20:04
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyanın Cənubi Yorkşir qraflığından olan Rubi Mariott, Maykl Ceksonu təqlid edən parodistin çıxışlarına şiddətlə reaksiya verdiyi videoya görə internetdə məşhurlaşıb.

Milli.Az bildirir ki, LADbible nəşri qeyri-adi qorxusu haqqında ətraflı danışan 18 yaşlı qızın açıqlamasını dərc edib.

Mariott Kiprin Aya Napa kurort şəhərindəki barda qohumlarının toyunda olduğunu bildirib. Qızın dediyinə görə, onun müəssisədə kiminsə çıxış edəcəyindən xəbəri olmayıb. "Cəmi yarım saatdan sonra "Thriller" mahnısının ifasını eşitdim və dərhal panikaya düşdüm", - o deyib.

Qız arxasına baxıb və yanında Maykl Ceksonun obrazını yaradan parodisti görüb. O, qohumlarının oturduğu masaya qaçaraq ağlamağa başlayıb. Bacı Mariottın reaksiyasını videoya çəkərək TikTok sosial şəbəkəsində yerləşdirib. Video tez bir zamanda 9,5 milyon baxış toplayıb.

Parodistin çıxışından sonra qız şok vəziyyətində olub. O hətta sakitləşmək üçün sevgilisinə zəng etməli olub.

"Hər şey mən kiçik olanda, təxminən beş yaşım olanda başladı. Bacım və əmim oğlu mənə Maykl Ceksonun ürpərtici redaktə edilmiş videolarını, həmçinin onun sağ olduğuna dair sui-qəsd nəzəriyyələri olan videoları göstərdilər", - Mariott deyib.

Qızın dediyinə görə, onun qeyri-adi fobiyası ailəvi tətil zamanı qohumları ilə birlikdə Amerikanın Los-Anceles şəhərinə gələndə aradan qalxıb. Ailənin qaldığı evin səkkiz qıfıllı qapısı var idi. Mariottun qohumlarından biri zarafatla Maykl Ceksonun qapı arxasında gizləndiyini ehtimal edib. Bundan sonra, üç həftə ərzində qız, müğənninin şkafdan sürünərək çıxdığı bir kabus görüb.

Mariottun sözlərinə görə, hazırda onun fobiyası əvvəlki kimi güclü olaraq qalıb. Qız bacısının sosial şəbəkədə yerləşdirdiyi videoya baxanda bunu gülməli gördüyünü etiraf etsə də, bu onun Maykl Ceksona olan qorxusunu dəyişməyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.