Dünya

Yunanıstan türk F-16-larına S-300-lərlə hücum edib?

28 Avqust 2022 19:56
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın kəşfiyyat missiyasını yerinə yetirən Türkiyə təyyarələrinə qarşı S-300 hava hücumundan müdafiə sistemlərini işə salıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "CNN Türk" telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına aid F-16-ların avqust ayında Egey və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında uçuşları zamanı müttəfiqlik ruhuna uyğun gəlməyən böyük bir insident yaşanıb. Türkiyə təyyarələri Krit adasında yerləşdirilən S-300 hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz qalıb. S-300-dən Rodos adasının 10 min fut qərbində kəşfiyyat missiyası aparan F-16 qırıcısına yer-hava tipli raket buraxılıb. Buna baxmayaraq, pilotlar öz planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar", - kanal bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.