Dünya

İran nüvə müzakirələri ilə bağlı ABŞ tərəfinin cavabını alıb

24 Avqust 2022 20:39
Baxış: 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran ABŞ hökumətindən nüvə müzakirələrində qalan məsələlərə dair cavabı bu gün axşam saatlarında alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın Xarici İşlər Nazirliyini sözçüsü Nasir Kənani deyib.

N.Kənani bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına dair danışıqlarda qalan məsələlərin həlli üçün İranın şərhlərinə ABŞ hökumətinin cavabı avropalı koordinator vasitəsilə alınıb.

O qeyd edib ki, ABŞ tərəfinin cavabının təfərrüatlı nəzərdən keçirilməsinə başlanılıb. "İran, araşdırmaları tamamladıqdan sonra koordinatora bununla bağlı öz cavabını verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.