Dünya

Çinin 7 təşkilatı “qara siyahı”ya salındı

23 Avqust 2022 21:18
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ticarət Departamenti Çinin yeddi təşkilatını, o cümlədən, milli təhlükəsizliyə təhlükə yaradan aerokosmik sənaye ilə əlaqəli olan təşkilatları "qara siyahı"ya salıb.

Nazirliyin Sənaye və təhlükəsizlik bürosunun bu barədə müvafiq bildirişi ABŞ hökumətinin rəsmi sənədlər toplusu hesab edilən federal reyestrdə yerləşdirilib.

"ABŞ hökuməti müəyyən edib ki, bu təşkilatlar ölkənin milli təhlükəsizliyi və xarici siyasət maraqlarına zidd fəaliyyət göstərir", - mətndə deyilir. Amerikalı səlahiyyətlilər iddia edir ki, sözügedən Çin təşkilatları hərbi modernləşdirmə səylərini dəstəkləmək üçün ABŞ istehsalı olan mallar alıb və ya almağa cəhd ediblər.

Siyahıya Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının, Çin Kosmik Texnologiyalar Akademiyasının, Çin Elektron Texnologiya Korporasiyasının tədqiqat institutları, eləcə də "Zhuhai Orbita Control Systems" təşkilatı daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.