Dünya

Ukrayna müharibədəki itkilərini açıqladı

22 Avqust 2022 16:56
0 Şərh     Baxış: 1 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Rusiya ilə 6 aydır davam edən müharibədə itkilərinin sayı açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib.

Onun sözlərinə görə, müharibədə 9 minə yaxın hərbçi həlak olub.

V.Zalujnı bildirib ki, müharibədə nəinki hərbi qulluqçular, hətta azyaşlı uşaqlar da iştirak edirlər: "Bizim balaca övladlarımızın heç bir günahı yoxdur, onların yeganə "günahı" yalnız burada doğulmalarıdır. Onlar həqiqətən nə baş verdiyini anlamırlar. Lakin onların həm Soledar, Baxmut, Velika Novosilka yaxınlığında, həm də burada müdafiəyə ehtiyacı var. Çünki onların ataları cəbhəyə gedib və ölən 9000-ə yaxın qəhrəman arasında ola bilər".

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bəri Rusiya ordusunun 45 500 hərbçisi məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.