Dünya

Pantelleria adasında güclü yanğın: Corco Armani evini tərk edib - FOTO - VİDEO

18 Avqust 2022 08:19
0 Şərh     Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Aralıq dənizindəki Pantelleria adasında meşə yanğını başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, küləyin təsiri ilə sürətlə geniş əraziyə yayılan yanğın yaşayış məntəqələrinə doğru irəliləyib.

İtaliyanın Siciliya adası ilə Tunis arasında yerləşən adada yanğın günorta saatlarında başlayıb.

Sərt relyefli və yanğınsöndürənlərin sayının az olması səbəbindən qurudan müdaxilədə çətinlik yaşanıb.

Yanğın bölgəsinə yaxın olan bəzi villalarda təxliyə həyata keçirilib.

Məşhurların istirahət etdiyi ada kimi tanınan Pantelleriyada İtaliya millisinin keçmiş futbolçusu Marko Tardelli və modelyer Corco Armani olmaqla bəzilərinin evlərinin boşaldıldığı bildirilib.

Mətbuatda alovların Armaninin bağ evinə yaxınlaşdığı və bir neçə qonağı qəbul edən modelyerin evini tərk etməli olduğu xəbəri yayılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.