Qarabağ mafiyası 34 il Ermənistanı taladı - Baqdasaryan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum faktdır ki, cinayətkar ailənin demək olar ki, bütün simaları, xüsusən də onun ən görkəmli nümayəndələri Robert Köçəryan və Serj Sərkisyan namus və vicdanı olmayan oğru və fırıldaqçılardır. Azərbaycanın işğal olunmuş ərazilərini talamaqla sərvət toplayaraq Ermənistanı və erməni ordusunu da soyublar.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni jurnalist Roman Baqdasaryan deyib.
Onun sözlərinə görə, 1988-ci ildən 2020-ci ilə qədər bütün ermənilər Qarabağ mafiyasının girovuna çevrilib və bu mafiya onlara qarşı çıxan yüzlərlə məmur və iş adamlarını sıradan çıxarıb:
"1988-ci ildən biz mütəşəkkil cinayətkarlığın girovuna, Qarabağın şikəst gənclərinin şahidinə çevrilmişik: heç kim tarix öyrətmir, durmadan bir-birini öldürür, büdcə pullarını oğurlayır, hamını söyür. Orduda bir çox oğlanları narkoman edən, onları buna öyrədən Qarabağ klanı idi. 34 ildir ki, bütün xalq oğullarını göndərib və "sağ ol" əvəzinə bu adamlardan həmişə lənətlər eşidib. Ölkənin bütün qızıllarını, təbii sərvətlərini və xoşbəxtliyimizi oğurladılar. Xalq 34 ildir ki, Qarabağ mafiyasından yaxşı heç nə görməyib: yalnız kədər və satanizm. Düzünü desək, bu, bütün yaxşı və layiqli insanların öldürüldüyü qara zonadır. Bu, lənətdir və Qarabağ mafiyası heç vaxt bizi xoşbəxt olmağa qoymaz".
Baqdasaryan qeyd edib ki, Köçəryan və Sərkisyan Ermənistanda şayiələr yayıb, onların hakimiyyətə gəlməsinə mane olanları öldürüb, günahsız insanları Şuşa həbsxanasına salıb, Azərbaycan torpaqlarından qızıl oğurlayıb, erməni diasporu və "Hayastan" fondundan pulları mənimsəyiblər:
"34 il oğurlanmış pullarla Qarabağda saraylar tikdilər, əsgərləri məsxərəyə qoydular, ordunu, yemək-yanacağa qədər, qarət etdilər, Ermənistanın ən yaxşı obyektlərini, dünyanın hər yerindəki səfirlik və konsulluqları ələ keçirdilər, parlamentin edamını səhnələşdirdilər. İrəvan küçəsindəki repressiyaları və qırğınları xatırlayın, narkotik satdılar, narkotik alverçilərini qorudular..."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır





