Dünya

Rüşdiyə hücum edən şəxs SEPAH-la əlaqədə olub? - İddia

15 Avqust 2022 18:00
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salman Rüşdiyə hücumda ittiham olunaraq həbs edilən 24 yaşlı Hadi Matar sosial şəbəkələr vasitəsilə SEPAH-ın Qüds qanadı ilə birbaşa əlaqədə olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vice" xəbər agentliyi kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Hadi Matar Salman Rüşdiyə hücumdan öncə də Qüds Qüvvələri ilə əlaqə yaradıb.

Avropadakı xüsusi xidmət orqanlarından biri agentliyə açıqlamasında deyib ki, Salman Rüşdiyə edilən hücum başqaları tərəfindən idarə olunmuş şəkildə həyata keçirilib.

Yəni belə hücumlarda hər hansı bir kəşfiyyat xidməti özü heç bir müdaxilə etmədən başqa birini hücumu həyata keçirməyə sövq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.