Dünya

Trampın evindəki axtarışlar onun reytinqini artırıb

15 Avqust 2022 08:16
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Mar-a-Laqodakı malikanəsində aparılan axtarışlar siyasətçinin xeyrinə olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə ki, FTB-nin reydi Ağ Evin keçmiş rəhbərinin Respublikaçılar Partiyasının sıralarında mövqeyini yaxşılaşdırıb.

Respublikaçı tərəfdarların 57%-i Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyi təqdirdə ona səs verməyə hazır olduqlarını bildirib. Yalnız 17%-i isə onun partiya daxilində əsas rəqibi Florida ştatının qubernatoru Ron DeSantisi dəstəkləməyə qərar verib.

Halbuki bir ay öncə bu qərəmlər müvafiq olaraq 53% və 23% olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.