Dünya

Putinin müttəfiqləri ABŞ-ın keçirdiyi hərbi təlimlərdə - Nə baş verir?

14 Avqust 2022 21:59
0 Şərh     Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşənbədə ABŞ-ın təşəbbüsü və başçılığı ilə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan və Monqolustanın iştirakı ilə "Regional Cooperation-22" adlı birgə hərbi təlimlər başlayıb.

Ekspertlər bildirirlər ki, Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan Orta Asiya ölkələrinin bu təlimlərdə iştirakı regionda yaranan yeni geosiyasi reallıqların tərkib hissəsidir.

Xatırladaq ki, təxminən iki ay öncə - 15 iyunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri Maykl Kurilla Tacikistana səfəri zamanı Prezident İmomali Rahmonla görüşüb və bu barədə razılıq əldə olunub.
1 il qabaq isə Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın Orta Asiya ölkələrində hərbi bazaların tikintisinə pul ayırması haqqında açıqlama vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.