Dünya

NASA “təhlükə” deyərək elan etdi - Sürətlə Yerə yaxınlaşır

13 Avqust 2022 19:29
0 Şərh     Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi (NASA) "potensial təhlükəli" olaraq xarakterizə etdiyi asteroidin saatda 33 min 10 kilometr sürətlə Yerə yaxınlaşdığını açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, NASA asteroidin dünyaya təhlükə yaratmadan planetimizin yaxınlığından keçəcəyini bildirib.

2015 FF kosmik cismin diametri 13-28 metr arasındadır.

Asteroid Yerə doğru saatda 30 min 10 kilometr sürətlə hərəkət edir. Yerdən 4.3 milyon kilometr məsafədən keçəcək.

Başqa bir asteroidin gözlənilməz zərbəsi bu göy cismini asanlıqla Yerə çırpa bilər.

NASA dünyadan 193 milyon kilometrə yaxın olan hər hansı obyekti "Yerə yaxın obyekt" kimi xarakterizə edir. 7.5 milyon kilometr məsafədə olan hər hansı bir obyekt isə "potensial təhlükəli" kimi təsnif olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.