Dünya

Ərdoğan Baydenlə görüşə bilər: F-16 məsələsinin pərdəarxası...

13 Avqust 2022 18:45
0 Şərh     Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə ilə ABŞ arasında F-16 sövdələşməsinin pərdəarxası təfərrüatları ortaya çıxmağa başlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

"İki ölkə arasında F-16 döyüş təyyarələrinin alqı-satqısı ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Gələn ay Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden arasındakı mümkün görüşdə bu məsələnin müzakirə ediləcəyi bildirilir. Ankara problemlə bağlı prosesin uzanmasını istəmir. Bu səbəbdən də Pentaqonla danışıqlar aparır və F-16-ların satışına icazə verəcək sazişin tez bir zamanda ABŞ Konqresinə təqdim olunmasını tələb edir. Konqres də müəyyən müddət ərzində bu məsələni təsdiqləyə bilər", - nəşr yazıb.

Bildirilir ki, ödənişlər zamanı yarana biləcək mənfi təsirlərin qarşısını almaq üçün əsas firmalardan sayılan OFFSET-lə razılaşmalar imzalanacaq:

"Beləliklə, "qazan-qazan" prinsipi həyata keçiriləcək. Çünki bu razılıq əsasında qarşı tərəf də Türkiyədən bəzi istehsal məhsulları almalı olacaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.