Dünya

Çimərlikdə bədbəsxt hadisə: qadın öldü

13 Avqust 2022 16:22
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın Cənubi Karolina ştatının Qarden Siti şəhərində küləyin qopardığı çətir çimərliyə gedənin sinəsini deşərək onu öldürüb.

Milli.Az bildirir ki, bu barədə Associated Press məlumat yayıb.

Çətir həmin anda çimərlikdə dincələn 63 yaşlı Tammi Perroya adlı qadına dəyib. Qadın döş qəfəsindən xəsarət alıb və hadisədən bir saat sonra xəstəxanada ölüb.

Çimərlik çətirləri qumda asanlıqla yapışdırmaq üçün sivrilənib və örtüyü geniş olduğu üçün bərkidilmədikdə külək onları uçurur. ABŞ-da hər il 3000-ə yaxın insan çətirdən xəsarət alır.

Virciniya senatorları Tim Keyn və Mark Uorner, 2016-cı ildə Virciniya ştatında oxşar hadisədə bir qadının ölməsindən sonra çimərlik çətirləri ilə bağlı qaydaların nəzərdən keçirilməsinə çağırıb və çətirləri təhlükəsiz saxlamaq üçün kampaniyaya başlayıblar.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.