Dünya

Masaj seansında ŞOK OLAY - FOTO

13 Avqust 2022 17:15
0 Şərh     Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə yaşayan 60 yaşlı Cey Stil iki qadına təcavüz etməkdə təqsirli bilinib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, o, sözügedən qadınların vebsayt vasitəsilə rezervasiya etdirdikləri masajdan sonra polisə müraciə etməsi nəticəsində həbs edilib.

İlk insident 2017-ci ildə Londonun cənubundakı Southwark şəhərində baş verib. Stil həmin il martın 1-də həbs edilsə də, iddiaları rədd etdikdən sonra istintaq çərçivəsində sərbəst buraxılıb.

İkinci hadisə isə 2019-cu ildə Londonun şimal-qərbindəki Dollis Hilldəki bir ünvanda baş verib. Cinsi-istismar barədə polisə məlumat verilsə də, Stil yenidən iddiaları rədd edib. O, yalnız saytın reklamında göstərildiyi kimi "peşəkar masaj xidmətləri" göstərdiyini söyləyib.

Lakin ötən ilin aprelində yenidən şikayət edilən Stil, may ayında Croydon Crown Məhkəməsində işin yekunlaşmasından sonra beş qadına təcavüzdə günahkar bilinib.

O, ötən həftə baş tutan yekun məhkəmədə 18 ay həbs cəzasına məhkum edilib və ona 7 il Cinsi Zərərin Qarşısının Alınması əmri verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.