Dünya

G7 Çinə çağırış etdi

4 Avqust 2022 08:03
0 Şərh     Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Yeddilik Qrupu (G7) ölkələri Çinə müraciət edərək regionda status-kvonu birtərəfli qaydada güc yolu ilə dəyişdirməməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə G7 xarici işlər nazirləri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin birgə bəyanatında deyilir.

Tərəflər Çindən Tayvan boğazının hər iki tərəfindəki fikir ayrılıqlarını dinc yolla həll etməyi xahiş ediblər.

G7 xarici işlər nazirləri həmçinin Tayvan boğazında sülh və sabitliyin qorunmasına dair ümumi və sarsılmaz öhdəliyi təsdiqləyib və anlaşılmazlıqların qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa, açıq ünsiyyət kanallarını saxlamağa çağırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.