Dünya

Son 60 ildə adambaşına düşən meşə sahəsi üç dəfə azalıb

7 Avqust 2022 11:32
0 Şərh     Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1960-cı ildən bəri dünyada meşə sahəsi 81,7 milyon hektar (adambaşına nisbətdə 60%) azalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu qənaətə yapon alimləri torpaqdan istifadə ilə bağlı qlobal məlumatları təhlil etdikdən sonra gəliblər.

Onların fikrincə, belə hal ekosistemləri və insanların rifahını təhdid edir.

"Meşələrin daimi itkisi və deqradasiyası ekosistemlərin bütövlüyünə təsir edir, onların biomüxtəlifliyi dəstəkləmək qabiliyyətini azaldır. Bu, həmçinin bütün dünyada, əsasən də həyatı bu və ya digər şəkildə meşədən asılı olan inkişaf etməkdə olan ölkələrdə 1,6 milyard insana təsir edir", - tədqiqatçılar bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.