Dünya

Madaqaskarda 32 nəfər diri-diri yandırıldı

31 İyul 2022 21:38
0 Şərh     Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Madaqaskar Respublikasında quldurlar tərəfindən evlərin yandırılması nəticəsində azı 32 nəfər ölüb.

Ölənlər arasında qadınlar və uşaqlar da var.

Respublikanın müdafiə naziri, general Riçard Rakotonirina hadisələrdə yerli sakinlərin "dahalos" adlandırdıqları quldurların günahkar olduğunu bildirib.

O, həmçinin əlavə edib ki, quldurların əraziyə hücumu çox güman ki, onlara qarşı əməliyyatlar zamanı sakinlərin təhlükəsizlik qüvvələrinə yardımına görə qisas xarakteri daşıyıb.

Xatırladaq ki, "dahalos" Madaqaskar Respublikasının bəzi yerlərində mal-qara oğurlayan və banditizmlə məşğul olan mütəşəkkil cinayətkar qruplardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.