Dünya

Ukrayna Kanadadan əlavə kredit alacaq

31 İyul 2022 09:48
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Nazirlər Kabineti Kanadadan kredit cəlb etməklə dövlətin xarici borclanmasının həyata keçirilməsinin əsas şərtlərinə dəyişikliklər edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərar layihəsi Maliyyə Nazirliyi tərəfindən Ukrayna və Kanada arasında kredit sazişi çərçivəsində güzəştli kreditlərin məbləğinin 0,45 milyard Kanada dolları (ekvivalentində 0,351 milyard ABŞ dolları) artırılması məqsədilə hazırlanıb.

Nəticədə kreditin məbləği 1,45 milyard Kanada dolları - 1,131 milyard ABŞ dolları təşkil edəcək. Kreditin ödəmə müddəti 10 il, faiz dərəcəsi illik 1,69% təşkil edir.

Vəsait dövlət büdcəsinə prioritet xərclərin maliyyələşdirilməsinə, xüsusilə də sosial və humanitar ödənişlərin təmin edilməsinə yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.