Honq-Konqda "Mirror" qrupunun çıxışı zamanı səhnədəki ekran düşüb.
Milli.Az lent.az-a istinadən bildirir ki, fanatların yayımladığı videoda ekranın hərəkəti və fırlanması zamanı onu tutan konstruksiyanın birbaşa rəqqaslardan birinin üzərinə düşməsi əks olunub.
Müxtəlif mənbələrə görə, qrupun 2 və ya 3 üzvü yaralanıb.
Yaralı rəqqasələr xəstəxanaya aparılıb.
Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Milli.Az