Dünya

"Ukrayna Rusiya ərazisinə zərbələr endirə bilər"

27 İyul 2022 23:12
0 Şərh     Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna hərbçiləri Rusiya ərazisində yerləşən və ərazimizin atəşə tutulduğu obyektlərə zərbələr endirə bilər".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. 

"Əgər zərurət yaranarsa, həmin obyektlər vurulacaq. Prezidentin açıqlamaları da həmin ərazilərlə bağlı cavab verəcəyimizi təsdiqləyir. Ölkəmizə raketlərdən, təyyarələrdən və ya gəmilərdən atılan bütün atışlardan xəbərimiz var", Danilov qeyd edib. 

Eyni zamanda o əlavə edib ki, Ukrayna Rusiya hərbçilərinin əraziləri haradan atəşə tutduğunu bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.