Dünya

Ərdoğan Rusiya və Ukraynanın öhdəliklərinə sadiq qalmasını istəyib

25 İyul 2022 22:51
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taxıl daşınmasına dair sazişin imzalanması ilə tarixi uğura verdiyimiz qatqı Türkiyənin əhəmiyyətli ölkə olduğunu göstərdi.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, sazişin imzalanmasına dair müzakirələr çox həssas formada davam edib.

Ərdoğan Odessa limanına endirilən raket atəşlərinin təəssüf doğurduğunu, baş verə biləcək uğursuzluğun hamının əleyhinə olacağını vurğulayıb: "Onların atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmaqlarını istəyirik".

Türkiyə lideri Ukraynada ədalətli və daimi sülhə də nail olunacağına ümid etdiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.