Dünya

"Rusiyanın Odessa limanını vurması taxıl daşınmasına mane ola bilməz"

25 İyul 2022 18:36
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Odessa limanına zərbəsi İstanbul razılaşmasına uyğun olaraq taxıl daşınmasının başlamasına mane ola bilməz.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsü bildirib ki, zərbə hərbi infrastruktura endirilib: "Bu, heç bir halda razılaşma ilə əlaqəli infrastrukturlarla əlaqəli deyil. Buna görə bu hadisə heç bir halda taxıl daşınmalarına mane ola bilməz".

Peskovun sözlərinə görə, BMT razılaşmanın özünə aid hissəsini yerinə yetirməlidir.

O vurğulayıb ki, razılığın əldə edilməsi üçün o cümlədən Moskva tətəfdən böyük iş görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.