Dünya

Deputat hərbçilərlə bağlı sözlərindən sonra ölkədən qaçdı

25 İyul 2022 18:20
0 Şərh     Baxış: 1 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Novosibirskdən olan deputatı Helqa Piroqova barəsində cinayət işi açıldıqdan sonra Gürcüstana qaçıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkilinin özü bəyan edib.

Onun sözlərinə görə, iyulun 25-də RF İstintaq Komitəsində dindirilməli idi.

Buna səbəb Piroqovanın "Twitter"də rusiyalı hərbçilərin dəfn mərasimi ilə bağlı şərhi olub.

"Sözlə ifadə etmək olmur, mən onların hamısını diriltmək, yanaqlarına bərk vurmaq istəyirəm, sonra isə qoy məzarlarına qayıtsınlar", - deyə o yazmışdı.

Bundan sonra RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Piroqovanın qalmaqallı açıqlamasına hüquqi qiymət verilməsini tapşırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.