Dünya

"Bu, Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir"

25 İyul 2022 08:30
0 Şərh     Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Odessa limanını bombalamasını zorakılıq aktı adlandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Zurabişvili Tvitter hesabında qeyd edib.

Prezidentin sözlərinə görə, beynəlxalq razılaşma əldə olunandan bir gün sonra Odessa limanının bombalanması onu göstərir ki, sözlər və qlobal humanitar vəziyyət Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir:

"Ukraynadan taxıl ixracını təmin etmək üçün saziş imzalandıqdan cəmi bir gün sonra Odessanın bombalanması pislənilən zorakı hərəkətdir. Bu, Rusiyanın nə öz sözünə, nə də qlobal humanitar və təchizatla bağlı vəziyyətə əhəmiyyət verdiyini göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.