Dünya

"Rusiya ordusunda yerüstü hücum raketlərinin qıtlığı yaranıb" - Britaniya MN

22 İyul 2022 10:37
0 Şərh     Baxış: 967
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Donbasda Ukrayna qüvvələri Rusiyanın Vuhlehirsk elektrik stansiyasına hücum cəhdlərini dəf etməkdə davam edir. Rusiya artilleriyası Kramatorsk və Siversk şəhərləri ətrafındakı ərazilərə yönəlib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat verib.

"Ukraynanın Nikolayev vilayətinin qubernatoru Vitali Kim ötən gün bildirib ki, Rusiya qüvvələri infrastruktura, enerji obyektlərinə və anbar sahələrinə zərbələr endirmək üçün yeddi hava hücumundan müdafiə raketindən istifadə edib. Rusiya ordusu yerüstü hücum raketlərinin çatışmazlığından əziyyət çəkdiyinə görə hava hücumundan müdafiə raketlərinin istifadəsini artırıb", - məlumatda bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.