Dünya

Arvadının hirsini körpəsindən çıxdı, uşaq komaya düşdü

21 İyul 2022 20:45
0 Şərh     Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Kareliyada arvadından intiqam almaq üçün atası tərəfindən şiddətlə döyüldükdən sonra iki ilə yaxın komada olan uşaq ayılıb.

Milli.Az bildirir ki, bu barədə İ.N Qriqoviç adına Uşaq Respublika Xəstəxanasının baş həkimi İnqa Lepiseva məlumat verib.

2020-ci ilin sentyabrında Petrozavodskda dörd aylıq oğlu ilə tək qalan sərxoş kişi onu həyat yoldaşına qarşı düşmənçilik zəminində döyüb. Oğlan ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlər körpədə beyin zədəsi diaqnozu qoyublar. "Mayın 15-də Artyomun iki yaşı tamam oldu. Bir il on aydır ki, bizim xəstəxanadadır. Bir ay əvvəl biz onu İVL aparatından ayırdıq", - Lepiseva bildirib.

Onun sözlərinə görə, oğlan uşaq şöbəsinə yerləşdirilib. Aldığı xəsarətlərə görə onun beyin qabığı ölüb və sinir sistemi zədələnib, ona görə də oğlan emosiyaları yaşaya bilməyəcək. Ancaq həkimin sözlərinə görə, uşağın digər bütün orqanları sağlamdır. Eyni zamanda, Lepiseva uşağın vegetativ vəziyyətdən çıxmağın və yeriyə bilməsinin, eləcə də nəyisə başa düşməsinin çətin olduğunu vurğulayıb.

2022-ci ilin iyununda məhkəmə yaralı oğlanın 38 yaşlı atasını qəsdən uşağa ağır bədən xəsarəti yetirməkdə təqsirli bilib. Həmin şəxs 6 il müddətinə cəzaçəkmə müəssisəsində cəza alıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory