Dünya

Fransada meşə yanğınları: 31 mindən çox insan təxliyə olunub - FOTO

19 İyul 2022 08:38
0 Şərh     Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada meşə yanğını səbəbindən təxliyə edilənlərin sayı 31100 nəfərə yüksəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 15 regionda yanğınla əlaqədar qırmızı - fövqəladə təhlükə səviyyəsi elan olunub.

Yanğının yayılması ilə əlaqədar Arakaşon şəhərindəki Zooparkda bütün heyvanların təxliyə ediləcəyi açıqlanıb.

Fransanın cənub-qərbindəki Jirondada 7 gündür davam edən yanğınla əlaqədar daha 14900 insan təxliyə edilib.

Havanın temperaturunun 44 dərəcəyə çatdığı bölgədə qurudan və havadan yanğınsöndürmə işləri davam edir.

Hadisə yerində 1700 yanğınsöndürən alovla mübarizə aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.