Rusiyanın Altay diyarında P-256 "Çuyski Trakt" yolunda yük maşını ilə ölümlə nəticələnən qəza baş verib.
Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin saytında məlumat verilib.
Məlumata görə, "Nissan" markalı minik avtomobili qarşıdan gələn zolağa çıxıb və orada yük maşını ilə toqquşub. Üç və on yeddi yaşlı iki uşaq və sürücü anaları qəzada öldülər. İlkin məlumata görə, qadın, idarəetməni itirdiyi üçün qarşıdan gələn zolağa çıxıb.
REN TV-nin hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, ölümlə nəticələnən qəzaya səbəb meşədən qaçan tülkü olub - o, avtomobilin təkərləri altında qalıb. Şahidlərin sözlərinə görə, "Nissan" tülkünü vurub, buna görə də avtomobili idarə edən qadın idarəetməni itirib və qarşıdan gələn zolağa çıxıb.
İrfan Vəliyev
Milli.Az