Dünya

Şoyqudan Rüstəm Muradova TAPŞIRIQ: “Ukraynanın uzaqmənzilli silahlarını məhv edin” - VİDEO

18 İyul 2022 12:37
0 Şərh     Baxış: 2 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əsas prioritet Ukrayna qoşunlarının mülki şəxslərə, buğda tarlalarına, taxıl anbarlarına zərbələr endirmək üçün istifadə etdiyi uzaqmənzilli silahların məhv edilməsidir".

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu fikri Rusiyanın müdafiə naziri Sergey Şoyqu səsləndirib. 

"Ordu generalı Sergey Şoyqu Ukraynada "Şərq" qrupunun  komandiri general-leytenant Rüstəm Muradova düşmənin uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsi tapşırığını verib", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, "Şərq" qrupunun komandiri, general-leytenant Rüstəm Muradov düşmən qüvvələrinin darmadağın edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyət və gedişat barədə nazirə məruzə edib.

Bundan əvvəl müdafiə naziri ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi "Cənub" və "Mərkəz" qruplarına baxış keçirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.