Dünya

Böyük Britaniyada səkkiz namizəddən ikisi mübarizəni dayandırıb

13 İyul 2022 22:21
0 Şərh     Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş naziri postuna və Mühafizəkarlar Partiyasının liderliyinə seçim üçün səkkiz namizəddən ikisi artıq mübarizəni dayandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, keçmiş səhiyyə naziri Ceremi Hant və hazırkı xəzinədarlıq naziri Nadhim Zahavi Mühafizəkarlar Partiyasının millət vəkilləri tərəfindən keçirilən gizli səsvermədə 30 səs həddini keçə bilməyib.

Səsvermənin birinci raundunda keçmiş xəzinədarlıq naziri Rişi Sunak 88 səslə birinci olub. Ticarət naziri Penni Mordont 67 səs, xarici işlər naziri Liz Trass 50 səs toplayıb.

Digər 3 namizəd - Kemi Badenok, Tom Tugendhat və Suella Braverman da 30 səs həddini keçərək növbəti səsvermə mərhələsində iştirak hüququ qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.