Dünya

"Qazprom" İtaliyaya qaz ixracını azaldıb

11 İyul 2022 17:45
0 Şərh     Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Qazprom" şirkəti İtaliyaya qaz ixracını azaldıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İtaliyanın enerji şirkəti ENI (ENI.MI) məlumat yayıb.

Bildirilib ki, şirkət Rusiyanın "Qazprom" (GAZP.MM) şirkətindən bu gün təxminən 21 milyon kubmetr qaz alacaq ki, bu da son bir neçə gündəki orta həcmdən azdır.

İtaliya şirkəti öz saytındakı qeyddə bildirib ki, son bir neçə gündə Rusiyadan idxal olunan qaz həcmi gündəlik təxminın 32 milyon kubmetr olub.

Qeyd edək ki, iyun ayında da "Qazprom" İtaliyaya ixrac olunan qaz həcmini 15 faizədək azaldıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.