Dünya

Çin 150 milyon km radiuslu radarın inşasına başlayır

11 İyul 2022 13:22
0 Şərh     Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində dünyanın ən uzaq mənzilli radiolokasiya stansiyasının tikintisinə başlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun vasitəsilə 150 milyon km məsafədəki obyektləri aşkar etmək mümkün olacaq ki, bu da Yerdən Günəşədək olan məsafəyə bərabərdir.

Çuunçin bələdiyyəsində yerləşən "China Fuyan" adlı obyekt Yerə uzaq məsafələrdə təhlükəli asteroidləri aşkar etmək üçün nəzərdə tutulub. Lakin o, eyni zamanda planetə Ay kimi daha yaxın olan cisimləri, peykləri və hərbi raketləri də görə biləcək.

Radar diametri 25-30 metr olan 20-dən çox paylanmış antenlərdən ibarət olacaq. Layihəyə Pekin Texnologiya İnstitutu rəhbərlik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.